“Paşinyan başda olmaqla, Ermənistan hakimiyyəti təmsilçiləri hər nə qədər açıqlama və bəyanatlarında özlərini sülh göyərçini kimi göstərməyə çalışsalar da əslində bunun belə olmadığı gün kimi aydındır. Çünki Ermənistan özbaşına sülh bağlaya biləcək bir dövlət deyil. Onun ağaları olan Rusiya və müəyyən Qərb dairələri isə bu gün sülhdə maraqlı deyillər”.
Bu fikirləri Newscenter.az-a səsləndirən politoloq Yusif Bağırzadə deyib ki, onların hər biri reginda gərginliyin qalmasında və bundan istifadə edərək öz maraqlarını təmin etməkdə maraqlıdırlar:
“Ermənistan sülh istəyən olsaydı separatçı rejimin silah-sursatla təmin olunmasını, ordakı hərbi birləşmələrin maddi və ərzaq təchizatını dayandırar, Azərbaycanın təqdim etdiyi sülh tələblərini qəbul edər və müvafiq müqaviləni imzalayardı. Məhz onların sülhə hazır olmamasının nəticəsidir ki, separatçı rejimin quldurbaşı Araik Arutunyan və digərləri də artıq Vardanyan kimi heç bir halda Azərbaycan tərkibində qalmayacaqlarını, sonadək mübarizə aparacaqlırını deyirlər. Başqa sözlə desək müharibəyə çağırış edirlər”.
Yusif Bağırzadə deyib ki, sülh istəyən ölkə müharibədəki məğlubiyyətdən sonra öz insanının normal yaşayışının təmin olunması, müharibədə aldığı ağır məğlubiyyətin nəticələrinin aradan qaldırılması üçün fəaliyyət göstərərdi:
“Amma biz indiki halda Ermənistanın öz hərbi potensialını gücləndirmək üçün 30 il ərzində olmayacaq qədər vəsait xərcləyərək silah-sursat almaqlarına şahidlik edirik”.
Anar