Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan yeni müharibəyə hazırlaşır -ÖZƏL

Ermənistan yeni müharibəyə hazırlaşır


“Görünən odur ki, Ermənistan açıq-aşkar müharibə hazırlıqlarına başlayıb. Təəssüfedici hal ondan ibarətdir ki, Ermənistanın müharibə hazırlıqları Qarabağda sülh və təhlükəsizliyi təmin etmək missiyası daşıyan Rusiya sülhmıramlılarının gözü qarşısında, bəzi hallarda isə onların köməkliyi ilə həyata keçirilir”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, son günlər yayılan videogörüntülərdən Ermənistanın “sülhməramlıların” müşayəti ilə Qarabağa külli miqdarda zirehli texnika topladığı məlum olur:

“Paralel olaraq İrəvan Hindistan və İrandan da yeni döyüş texnikaları, hərbi texnikalar alır. Təəssüf ki, İrəvan yenə də sül deyil, müharibə yolunu seçib. Görünür, 44 günlük Vətən müharibəsi və üzləşdiyi acı məğlubiyyət Ermənistana dərs olmayıb”.

Arzuman Muradlı onu da deyib ki, Ermənistanın ağılsızlıq edib yenidən müharibəyə başlaması bu ölkənin bir dövlət kimi xəritədən silinməsi ilə nəticələnə bilər:

“Bakıda keçirilən X Qlobal Bakı Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, Ermənistan öz gələcəyini qurmaq şansını əldən buraxıb".

Mehman
Xəbəri paylaş