Filippində 43 gün əvvəl radarlardan itərək yoxa çıxan “Cessna 206” tipli təyyarənin qalıqları bu gün aşkar edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, xilasedicilər təyyarənin qalıqlarını 1 pilot və 5 sərnişinin cəsədi ilə birlikdə dağlıq ərazidə tapıblar.
Qeyd edək ki, təyyarə yanvarın 24-də ölkənin İsabela bölgəsindəki dağlıq ərazidə yox çıxıb.
Martın 1-də yoxa çıxan və içərisində 5 nəfərin olduğu tibbi helikopter isə hələ də tapılmayıb.
Mehman