Türkiyədə may ayının 14-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkiləri xarici medianın da diqqətindədir. "6-lı masa" deyilən müxalifət koalisiyasının prezidentliyə vahid namizəd müəyyən etməsindən sonra Böyük Britaniyanın nüfuzlu “Financial Times” qəzeti seçki hazırlığı və onun mümkün sonucları ilə bağlı məqalə dərc edib.
Newscenter.az haber7.com-a istinadən bildiirir ki, qəzet "6-lı masa"nı güclü və ağır bir koalisiya olaraq xarakterizə etsə də, lakin seçkilərdə koalisiyanın vahid namizədi Kamal Kılıçdaroğlunun qələbə qazanacağına şübhə ilə yanaşır. Qəzet hətta məqaləyə Kamal Kılıçdaroğlu barədə "Heç şansı yox" kimi yarımbaşlıq da çıxarıb.
“Financial Times” bunu Kamal Kılıçdaroğlunun özü və partiyasının Türkiyədə keçirilən bir neçə seçkidə ard-arda məğlub olması ilə əlaqələndirib.
Mehman