Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvan yeni müharibəyə hazırlıq görür -ÖZƏL

İrəvan yeni müharibəyə hazırlıq görür



“Dron və raket sistemlərinin əldə ediməsi üçün İranla aparılan danışıqlar, haubitsa, reaktiv yaylım atəş və tank əleyhinə sistemlərin alınması üçün Hindistanla bağlanmış müqavilələr onu deməyə əsas verir ki, Ermənistan sülhə yox yeni müharibəyə hazırlıq görür”.

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, belə olmasaydı indiki mərhələdə bu qədər silah-sursat alınması üçün külli miqdarda vəsait xərcləməzdi:

“Məsələn, təkcə Hindistandan alınacaq və ya artıq alınmış mənzili 24 kilometr olan və dağlıq ərazilərdə istifadəyə yararlı 155 mm-lik “MArG” özüyeriyən haubitsaları, atış məsafəsi 70 kilometr olan “Pinaka” reaktiv yaylım atəş sistemləri, 155 mm-lik ATAGS haubitsaları və tank əleyhinə sistemlərin alınması üçün Ermənistanın ödəyəcəyi vəsait 500 milyon dollar edir”.

Yusif Bağırzadənin sözlərinə görə, amma Ermənistan bir şeyi unudur ki, bundan sonra hər nə qədər silahlansa da, nə qədər yeni texnika alsa da onun gücü Azərbaycanın hərbi potensialı qarşısında aciz qalmaqda davam edəcək:

“Çünki Azərbaycan nəinki 30 il əvvəlki Azərbaycan deyil, hətta öz hərbi imkanlarına görə artıq 2020-ci ilin, yəni Vətən müharibəsində qələbə çaldığımız ilin belə Azərbaycanı deyil. Və nə olmasından asılı olmayaraq istənilən təcavüzü dəf etmək və təcavüzkarı məhv etmək üçün bütün resurslara malikdir”.

Mehman
Xəbəri paylaş