Latviya parlamentinin qəbul etdiyi plana əsasən, spirtli içki qəbul edərək avtomobil idarə sürücülərdən müsadirə edilən avtomobillər Ukraynaya döyüş yardımı olaraq göndəriləcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Latviya hakimiyyəti həmin avtomobilləri Ukraynaya yardım çatdıran qeyri-hökumət təşkilatı vasitəsilə göndərmək qərarına gəlib.
İlk olaraq ümumi dəyəri təxminən 18500 avro olan 8 avtomobil ölkənin paytaxtı Riqadakı dayanacaqdan Ukraynaya yola salınıb. Maşınlar Ukraynadakı ordu və xəstəxanalara veriləcək. Qarşıdakı həftədə ən azı 20 avtomobilin də Ukraynaya göndərilməsi planlaşdırılır.
Mehman