"Macarıstan Rusiya-Ukrayna müharibəsindən kənarda qalacaq və bizim maraqlarımıza zərər vuran sanksiyalara uğurla veto qoymağa davam edəcəyik".
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Macarıstanın baş naziri Viktor Orban deyib. dedi.
Baş nazir ölkəsinin Rusiya-Ukrayna müharibəsində mövqeyinin dəyişmədiyi səbəbindən rəhbərlik etdiyi hökumətin təzyiq altında olduğunu, lakin hökumətinin təzyiqlərə boyun əymək niyyətində olmadığını da vurğulayıb.
Viktor Orban, keçmişdə Avropanın Rusiyadan gələn ucuz enerji və xammal, eləcə də qabaqcıl müasir texnologiyalara ehtiyacı olduğunu da deyərək Rusiya-Ukrayna müharibəsi ilə bu vəziyyətin dəyişdiyini də söyləyib.
Mehman