Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb

Naxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb


Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən muxtar respublikada yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Newscenter.az-a Dövlət Vergi Xidmətindən bildirilib ki, 2023-cü il yanvarın 1-nə muxtar respublikada quraşdırılmış yeni nəsil NKA-ların sayı 73 ədəd olduğu halda, cari ilin 2 ayında 13 dəfədən çox artaraq 980 ədəd təşkil edib. İlin əvvəlində ümumilikdə obyektlərin 3,8 faizində yeni kassa aparatları quraşdırılmışdısa, martın 1-nə bu rəqəm 50,6 faiz təşkil edib.

Yeni nəsil NKA-nın tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Sevinc
Xəbəri paylaş