"Rusiya ilə Qərb arasında Cənubi Qafqaz uğrunda gərgin mübarizə gedir. Bir müddət əvvəl Avropa İttifaqının mülki missiya adı altında öz qüvvələrini Ermənistana göndərməsi, bu günlərdə isə Gürcüstanda baş verən hadisələr təsadüfi deyil. Bütün bunlar Cənubi Qafqazda Qərb-Rusiya qarşıdurmasının əyani sübutudur".
Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter-az-a daxil olan açıqlamada bildirilib ki, Qərb Rusiya ilə mübarizəni Ukraynadan Cənubi Qafqaza daşımaq istəyir:
"Bir növ Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açılır. Bu mərhələdə Qərb Qafqazdan Rusiyanı sıxışdırıb çıxarmağa çalışır. Ermənistana Avropa İttifaqının mülki missiyasını yetirməklə buna nail olan Qərb Gürcüstandan da Rusiyameyilli iqtidarın uzaqlaşdırılması layihəsinə start verib. Qonşu ölkədə baş tutan etiraz aksiyası da həmin planın tərkib hissəsidir".
Analitik Mərkəz hesab edir ki, cərəyan edən proseslər fonunda Azərbaycan ehtiyatlı addımlar atmalı, gözlənilən mümkün təhlükələrdən özünü sığortalamağı bacarmalıdır:
"Çünki Qərbin Azərbaycanla bağlı da planları yox deyil".
Mehman[b][/b]