Rusiya yeni səfərbərlik elan etməsə və kənardan silah tədarükü həyata keçirməsə, yaxın aylarda Ukraynada əməliyyatlarını davam etdirməkdə çətinlik çəkəcək. Newscenter.az trthaber-ə istinadən bildirir ki, belə bir açıqlama ilə ABŞ Milli Kəşfiyyatının direktoru Avril Hayns çıxış edib.
O bildiirb ki, nəticə etibarilə Rusiya yeni ərazilər əldə etməkdənsə, daha çox öz ərazisini saxlamaq taktikasına keçəcək.
Ukrayna-Rusiya müharibəsində hələlik heç bir tərəfin qəti hərbi üstünlük əldə etmədiyini diqqətə çatdıran Hayns, bununla yanaşı Rusiyanın Bəhmut bölgəsində müəyyən irəliləyişlər əldə etdiyini də vurğulayıb.
Mehman