Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səadət Partiyasında böhran-KILIÇDAROĞLUNUN NAMİZƏDLİYİNİ TANIMIRIQ -ÖZƏL

Səadət Partiyasında böhran-KILIÇDAROĞLUNUN NAMİZƏDLİYİNİ TANIMIRIQ


"6-lı masa"da təmsil olunan Səadət Partiyasında böhran yaranıb. Newscenter.az haber7-ə istinadən bildirir ki, partiya üzvlərinin bir çoxu müxalifətin vahid namizədi kimi Kamal Kılıçdaroğlunun müəyyən edilməsinə qarşı çıxıb.

Səadət Partiyasının səlahiyyətlisi Həsən Yaşar başda olmaqla bir qrup Səadət Partiyası təmsilçisi açıqlama verərək bildiriblər ki, əldə edilən ümumi razılaşmaya xəyanət edilib.

Yaşar həmçinin təmsil olunduğu partiyanın rəhbərliyinin də Səadət Partiyası üzvlərinə xəyanət etdiyini bildirib. Etirazçılar Kamal Kılıçdaroğlunu vahid namizəd kimi tanımadıqlarını bildiriblər.

Mehman
Xəbəri paylaş