ABŞ ikitərəfli, habelə Ermənistan və Azərbaycanın iştirakı ilə üçtərəfli formatda səylərini davam etdirməklə problemin həllinə dəstək verməyə hazırdır.
Newscenter.az-ın məlumatına görə, “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
O bildirib ki, son günlər Qarabağda durum gərginləşib və ABŞ problemin həlli üçün əlindən gələni edir:
“Biz bunun üçün bütün müvafiq mexanizmlərdən istifadə edirik”.