Almaniyada kilsəyə silahlı hücum edilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Hamburq şəhərində baş verib. Belə ki, naməlum silahlı şəxsin kilsəyə hücumu zamanı 8 nəfər həlak olub, bir o qədər sayda insan da yaralanıb. Ölənlərdən biri 7 aylıq hamilə qadın olub.
Hücumun baş verdiyi Yehovanın Şahidləri kilsəsində həmin vaxt 50 nəfərə yaxın insan olub.
Hamburq polisindən verilən açıqlamada, təcavüzkarın daha əvvəl cinayət keçmişinin olmadığı və 2022-ci ildən bəri silah lisenziyasının olduğu bildirilib.
Alman polisi hücum edənin 35 yaşında olduğu və 2014-cü ildən Hamburqda yaşadığını açıqlayıb.
Mehman