Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər.
Newscenter.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur".
Qeyd edək ki, Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə zamanı 3 nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət aldığı bildirilir.
Mehman