Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ölkədə əks səda doğura biləcək açıqlama verib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, sabiq baş nazir atası Stenli Consona cəngavər rütbəsi verilməsini istəyib.
Consonun bu açıqlaması təkcə sadə ingilislər deyil, eləcə də hökumət üzvləri arasında da etirazla qarşılanıb. Mühafizəkarlar Partiyasından olan immiqrasiya naziri Robert Jenrick keçmiş Boris Consonun ailə üzvlərinə zadəganlıq titulunun verilməsini tələb etməsini yanlış addım kimi dəyərləndirib.
2019-2021-ci illərdə Conson hökumətində yerli idarəetmə və mənzil naziri vəzifəsində çalışmış Jenrick isə deyib ki, bir baş nazirin ailə üzvlərindən birini şərəfləndirmək üçün namizəd göstərməsi prinsipcə məntiqli deyil.
Mehman