Avropa ölkələri ard-arda tik-tok sosial şəbəkəsindən istifadəni qadağan edir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, növbəti qadağa qərarı Belçika hökumətindən gəlib.
Belə ki, Belçika federal hökuməti Çin sosial media platforması olan TikTok-u hökumət rəsmilərinin istifadə etdiyi kompüter və mobil cihazlarda qadağan edib. Bu barədə qərar ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında verilib.
Belçika baş nazirinin müavini Georges Gilkinet Twitter hesabından verdiyi açıqlamada “Ağıllı və lazımlı qərar qəbul etdik”-deyə bildirib.
Mehman