Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dini sahədə proseslər ciddi təhlil olunmalı operativ qərarlar qəbul edilməlidir -DEPUTAT

Dini sahədə proseslər ciddi təhlil olunmalı operativ qərarlar qəbul edilməlidir


Son günlər Azərbaycan cəmiyyətində Hacı Şahinin dəfnindəki qələbəlik, onun cəmiyyət arasında nüfuzunun yüksək olması geniş müzakirə olunmaqdadır. Qeyd etmək lazımdır ki, Hacı Şahinin cəmiyyətin müxtəlif təbəqələrinin nüfuzunu qazanmasının səbəblərindən biri onun əksər din xadimlərindən və bu sahədə çalışan insanlardan fərqli olaraq əlçatanlığı, sadəliyi və daima insanlar arasında olmasıdır. O davamlı olaraq Bakıda və bölgələrdə Vətən Müharibəsi şəhidlərinin dəfn və yas mərasimlərində iştirak edirdi. Sosial şəbəkələrdə olduqca fəal idi.

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki,
son günlər müzakirə olunan Hacı Şahinin qəbrinin ziyarətgaha çevrilməsi məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, dinimiz dini şəxsiyyətlərə pərəstişdə ifratda varmağın qəti əleyhinədir:

"İnsanların hər hansı şəxsə ehtiramla yanaşması normaldır. Ancaq bu onların müqəddəsləşdirilməsinə və bütləşdirilməsinə aparıb çıxarmamalıdır. Eyni zamanda, hesab edirəm Hacı Şahinin qəbrinin ziyarətgaha çevriləcəyi və bura turların təşkil ediləcəyi ilə bağlı açıqlamalar həm də siyasi məqsəd daşıyır. Bu fikirlər məqsədli şəkildə dövriyyəyə bir sıra dairələr tərəfindən buraxılır. Dəfn yeri məlumdur insanlar sərbəst şəkildə onun qəbrini ziyarət edə bilərlər. Bunun üçün xüsusi turların təşkilinə ehtiyac yoxdur".

Deputat daha sonra fikirlərinə belə davam edib:

"Görünən odur ki, din sahəsində fəallıq bir müddət davam edəcək. Cərəyan edən proseslər ciddi təhlil olunmalı və operativ qərarlar qəbul edilməlidir. Proseslərin yalnız kənardan izlənilməsi sonrakı mərhələdə proseslərin idarə olunmasında ciddi çətinliklər yaradacaq".

Mehman
Xəbəri paylaş