Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan yenidən Qarabağda müharibəni alovlandırmağa çalışır -ÖZƏL

Ermənistan yenidən Qarabağda müharibəni alovlandırmağa çalışır


“Böyük ehtimal Ermənistan yenidən Qarabağda müharibəni alovlandırmağa çalışır. Azərbaycan sülh prosesində hər nə qədər irəli getməyə, Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğunu və indi prioritet məsələnin iki dövlət arasında normallaşma prosesi, sülh müqaviləsi və Naxçıvanla Azərbaycanın əsas ərazisinin bağlantısının təmin olunması olduğunu beynəlxalq gündəmə gətirməyə çalışsa da, rəsmi İrəvan prosesləri tormozlamağa çalışır”.

Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, Ermənistan-Azərbaycan sərhədində hərbi qarşıdurmalar törədərək avropalı müşahidə missiyasını ora gətirməklə iki ölkə arasında sərhədlərin delemitasiyası, əlaqələrin bərpası, Zəngəzur dəhlizini gündəmdən çıxarmağa çalışır və Qərbdə elə bir rəy formalaşdırmağa cəhd göstərir ki, guya Azərbaycan Zəngəzur dəhlizini bəhanə edib Ermənistanın ərazilərinə daxil ola bilər:

“Ona görə avropalı müşahidəçiləri Ermənistan sərhədinə toplayaraq diqqəti ordan yayındırmağa və yenidən hadisələrin qaynar nöqtəsini Qarabağa qaytarmaq istəyir. İran və Hindistandan silah alaraq Qarabağdakı ermənilərə göndərir ki, onlar silahlı müqavimət göstərsinlər, terror həyata keçirsinlər”.

Politoloq hesab edir ki, İrəvan ermənilərinin Qarabağdakı ermənilərə canı yanmır, böyük qüvvələrin əli ilə onları sadəcə qurban verərək regionda vəziyyəti yenidən gərginləşdirməyə, Azərbaycanda yenidən müharibə ocağını körükləməyə və regional əməkdaşlığı dalana dirəməyə cəhd edirlər: “Ermənistan istəyir ki, müharibə elə hər zaman Azərbaycan ərazisində, Qarabağda davam etsin, Ermənistan ərazisinə sıçramasın. Nəsə olan kimi də dünyaya yalandan car çəksinlər ki, Qarabağda azlıqda qalan erməniləri Azərbaycan qırır, soyqırım törədir”.

Mehman
Xəbəri paylaş