Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İkili münasibətlərin yüksək səviyyədə inkişaf etdirildiyinin bariz nümunəsi -ÖZƏL

İkili münasibətlərin yüksək səviyyədə inkişaf etdirildiyinin bariz nümunəsi


"Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən etibarən beynəlxalq güclərin ölkəmizə olan marağı şübhəsiz ki, diqqətdən kənarda qala bilməz. Xüsusilə də 20 Sentyabr 1994-cü ildə imzalanmış "Əsrin Müqaviləsi" böyük neft və qaz şirkətləri, eləcə də Böyük Britaniya və Şimali İrlandiya Krallığına məxsus BP şirkətinin ölkəmizə marağını artırmışdı ki, bu da ölkələrarası münasibətlərin də sıxlaşmasına və dərinləşməsinə təkan vermiş oldu".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən politoloq Samir Hümbətov deyib ki, II Qarabağ savaşı zamanı Böyük Britaniya və Şimali İrlandiya Krallığının BMT TŞ-dəki daimi nümayəndəsi Barbara Vudvordun Azərbaycana qarşı qəbul edilməsi istənilən qeyri-obyektiv bəyanata veto qoyması bunun nəticəsidir:

"Bu isə ikili münasibətlərin necə yüksək səviyyədə inkişaf etmdirilməsinin ən bariz nümunəsidir".

Mehman
Xəbəri paylaş