Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda məscidlər yandırıldı -ÖZƏL

İranda məscidlər yandırıldı


İranda daxili siyasi gərginlik davam etməkdədir. Cərəyan edən hadisələr fonunda İranın Yəzd şəhərində 4 məscid yandırılıb.

Newscenter.az İranın Mehr Xəbər Agentliyinə istinadən bildirir ki, məscidlər naməlum şəxs və ya şəxslər tərəfindən yandırılıb.

Məscidlərə dəyən maddi ziyanın hələlik açıqlanmadığı bildirilir.

Səlahiyyətli şəxslər hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Mehman
Xəbəri paylaş