“Ermənistandan fərqli olaraq Azərbaycan Qarabağ məsələsini bağlamağa, Qarabağdakı erməni icması ilə dialoqu davam etdirməyə və Ermənistanla birgə irəli gedərək iki ölkə arasında mövcud olan maneələri aradan qaldırmağa çalışır. Çünki Azərbaycan başa düşür ki, Qarabağ məsələsində ilişib qalmaq olmaz, regionu daha da irəli aparmaq lazımdır”.
Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov səsləndirib. O daha sonra bunları qeyd edib:
“İndi özünüz müqayisə edin hansı tərəf məsələlərə daha rasional və sağlam yanaşır. Lakin Qərb, Avropa İttifaqı bütün bunlara göz yumur, Ermənistanı və erməniləri himayə etməklə regional əməkdaşlığın, sülh və normallaşma prosesinin önünü kəsir. Avropa müşahidə missiyasi Ermənistan sərhədinə toplaşmaqla nəyə nail olacaq? Əksinə Ermənistanı öhdəliklərdən yayınmağa ruhlandırır. Əlbəttə ki, Azərbaycan humanitar məqsədlər üçün verdiyi bir yolun ölkə ərazisinə qanunsuz silah sürsat daşınması üçün biganə qala bilməyəcək və lazım gəldiyi anda Qarabağ ərazisində anti-terror əməliyyatı keçirəcək. Rəsmi Bakı Xankəndində mülki erməni əhalisinin dinc yaşamasına şərait yarada bilər, lakin öz ərazisində hansısa terrorçuların toplaşmasına imkan verə bilməz”.
Mehman