"Bir neçə gün öncə, daha dəqiq desək martın 7-i Gürcüstan parlamenti "Xarici təsirlərin şəffaflığı" haqqında qanun layihəsini birinci oxunuşda qəbul etdi. Həmin qanun layihəsinin təşəbbüskarı isə hakim "Gürcü arzusu" fraksiyasının "Xalqın gücü" ictimai hərəkatı olmuşdur ki, məlum birlik Rusiyaya yaxınlığı ilə seçilir və Kremlən təlimatlar alır".
Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirzadə səsləndirib. O bildirib ki, parlamentin birinci oxunuşda dəstəklədiyi "Xarici agentlər haqqında" qanun layihəsinin analoqu Rusiya qanunvericiliyində öz əksini tapır və bu fakt özlüyündə bir çox qaranlıq məqamları aydınlaşdırır:
"Təbii ki Gürcüstan ictimaiyyəti parlamentin qərarını birmənalı qarşılamadı, paytaxt Tiflisdə etiraz aksiyaları keçirildi və hakim partiya geri addım atmaq məcburiyyətində qaldı. Ukyanya işğalından dolayı Qərbin təcrid etmə siyasətinə məruz qalan Kreml postsovet məkanına olan təsirinin zəiflədiyini görür və öz varlığını qoruyub saxlamaq üçün kəsgin siyasi manevrlər edir, bir çox halda üstü örtülü də olsa qonşu dövlətləri təhdid edir. Bunun əyani sübutu kimi bir müddət öncə Azərbaycan-Ermənistan şərti sərhəddində baş verən proseslərdə Rusiyanın iştirakı, Peskovun dili ilə Qazaxıstana verilən mesajları göstərmək olar ki, bu proseslərin hər biri sistematik şəkildə qurulan oyunun davamı kimi qəbul olunmalıdır".
AVP rəsmisi deyib ki, Gürcüstan illərdir qərb yönümlü siyasət həyata keçirir və Avfopa birliyinə üzvlük prioritet məsələ kimi qəbul olunur:
"Hökumətin qərarı isə qərbdə isti qarşılanmadı və heç süphəsiz ki, hökumət ABŞ və Aİ-nin təzyiqlərinə məruz qalıb. Eyni zamanda Rusiya da baş tutmayan plana görə Tiflisə təzyiqlər edəcək. Lakin Kremlin bu məqamda uğur qazanacağı real görünmür".
Anar