"Rusiya nəhayət ki, siyasi riyakarlığından əl çəkməli və bölgədə vəziyyətin gərginləşdirilməsinə deyil, sabitliyin, sülhün bərqərar olmasına çalışmalıdır".
Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Newscenter-az-a Analitik Qrupdan daxil olan açıqlamada bildirilib ki, Ermənistandan Qarabğa, separatçılara silah-sursat daşınmasının Rusiya sülhməramlıları tərəfindən səssiz şəkildə izlənməsi, bəzi hallarda isə həmin hərbi texnikanın elə sülhməramlıların dəstəyi ilə daşınması Rusiyanın siyasi riyakarlığının bariz nümunəsidir:
"Rusiya bir tərəfdən guya Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün çalışdığı görüntüsü yaradır, digər tərəfdən separatçıların silahlandırılmasına şərait yaratmaqla özü bölgədə sülhə və təhlükəsizliyə təhlükə yaradır. Hesab edirik ki, Rusiya artıq iç üzünü açıb".
Mehman