Qarabağdakı erməni separatçılarının Rusiya sülhmıramlılarının müşayəti ilə Ermənistan tərəfindən silahlandırılması Azərbaycan cəmiyyətində kəskin əks reaksiya doöurub. Cəmiyyətin müxtəlif təbəqələrini tıəmsil edən vətəndaşlarımız bunu Rusiyanın riyakarlığı hesab edərək sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasının zamanının yetişdiyini bildirirlər.
Newscenter.az xəbər verir ki, cərəyan edən hadisələr barədə fikirlərini bölüşən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımovun sözlərinə görə, Rusiyanın Qarabağ ərazisində erməni hərbi birləşmələrini saxlamaqda maraqlı olması onların tək Rusiyanın maraqları çərçivəsində regionda qalmaq üçün Azərbaycan ərazisində ordusunun olması istəyindən əlavə başqa marağının da olması gerçəyinin olduğunu göstərir:
"Məsələ ondadır ki, əgər Rusiyanın marağı tək regionda qalmaq olsa idi erməni silahlılarını bölgədən çıxarmaqla bu istəyini daha rahat reallaşdıra bilərdi Azərbaycanın razılığı baxımından. Görünən odur ki, Rusiyanın erməni silahlılarından bizə qarşı nə vaxtsa istifadə etmək niyyəti var. Bu, heç də ara-sıra gərginlik yaradıb regionda qalmasını tərəflərə isbat etmək istəyi deyil. Bu, onu göstərir ki, Rusiya gələcəkdə erməni ordusu ilə birləşib Azərbaycan ərazilərini yenidən işğal etmək fikrindədir".
O qeyd edib ki, Azərbaycan mütləq əvvəl erməni silahlılarının, sonra isə rus ordusunun öz ərazisindən nə yolla olursa-olsun çıxarılmasına nail olmalıdır:
"Rus ordusunun Azərbaycan ərazisinə "10noyabr" müqaviləsindən sonra zorla Azərbaycanın istəyinin əleyhinə girdiyi onunla sübut olunur ki, Azərbaycan hər vəchlə bu ordunu öz ərazisindən çıxarmağa çalışır. Şuşaya atılan "İsgəndər" raketləri məsələsində Rusiyanın üzərinə getməzdi. Rus XİN Lavrov Rusiyanın adından Laçında NKM-nin qoyulmasına etiraz etməzdi. Razılıq ilə gəlsə idi, bunlar olmazdı".
Mehman