Türkiyədə seçkiöncəsi yaşanan proseslər xarici medianın diqqətindən kənarda qalmayıb. Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu dəfə Böyük Britaniyanın nüfuzlu nəşri sayılan “The Economist” Türkiyədəki seçki həyəcanından yazıb.
Jurnalın son sayında Türkiyədəki seçki öncəsi müxalifətin vahid namizəd müəyyən etməsindən yazılıb. “The Economist” CHP lideri Kamal Kılıçdaroğluna diqqət çəkərək qeyd edib ki, Türkiyə müxalifəti mümkün olan ən pis namizədi müəyyən etdi.
Dərgi müxalifətin Ərdoğana qalib gəlməsinin də çətin olduğunu yazıb.
Mehman