"X Qlobal Bakı Forumu bir daha sübut etdi ki, Azərbaycan dövləti və şəxsən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət həm də qlobal miqyaslıdır və bu siyasət beynəlxalq səviyyədə mövcud olan problemlərin həllinə xidmət edir. Təsadüfi deyil ki, bunu Forumun iştirakçısı olan yüksək səviyyəli nümayəndələr də açıq şəkildə ifadə etdilər".
Bu fikirləri Newscenter-az-,-a"Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, Forum həm də postmüharibə dövründə regionda cərəyan edən proseslər, Ermənistanla sülh müqaviləsinin imzalanması məqsədi ilə Azərbaycan tərəfinin ortaya qoyduğu siyasi iradənin dünya birliyinə çatdırılması baxımından əhəmiyyətli idi:
"Forumda geniş və məzmunlu şəkildə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ermənistanın sülhdən yayındığını, ona əngəl olduğunu, eyni zamanda yenidən müharibəyə hazırlaşdığını bu mötəbər tribunadan dünya birliyinin diqqətinə çatdırdı. Eyni zamanda dövlət başçısı Ermənistanın yenidən müharibəyə başlayacağı təqdirdə nəticələrin İrəvan üçün heç də yaxşı olmayacağını xəbərdar etdi".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, Ermənistan tərəfi Azərbaycan dövlət başçısının çıxışından, xəbərdarlığından nəticə çıxaracaq və revanşizmə meyillənməkdən yayınacaq:
"Əks təqdirdə baş verəcəklərdən Ermənistan məsuliyyət daşıyacaq".
Mehman