Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə Newscenter.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 36 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 32 nəfər isə sağalıb.
Qeyd olunub ki, həmçinin son sutka ərzində koronavirusdan 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 828 906 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 548 nəfər müalicə olunaraq sağalıb, hazırda 215 aktiv xəstə var. Bu günə qədər 10 143 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 519, bu günə qədər isə ümumilikdə 7 540 198 test icra olunub.
Eyni zamanda, ölkədə son sutka ərzində 230 nəfər vaksinasiya olunub. Belə ki, gün ərzində birinci doza vaksinlərin sayı 79, ikinci doza vaksinlərin sayı 61 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 77-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 951 282 olub.
Mehman