“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar olaraq Bakı-Ağstafa marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 18 və 19 mart tarixlərində əlavə reys təyin edir.
Newscenter.az Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, müvafiq tarixlərdə Bakı Dəmiryol Vağzalından səhər saat 08:25-də Ağstafaya yola düşən ilk sürətli qatar saat 13:20-də, 08:45-də yola düşən ikinci qatar isə saat 13:40-da mənzilbaşına çatacaq.
Bakı-Ağstafa marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətilinin sonunda paytaxta rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, müvafiq qaydada təmin ediləcək.
Xatırladaq ki, Bakıdan Ağstafaya hərəkət edən sürətli sərnişin qatarının yolda olma müddəti 4 saat 55 dəqiqədir. Qatarın orta sürət göstəricisi isə 100km/saat təşkil edir.
Mehman