İran hərbi təyyarəsinin sərhədlərimizi pozması, Tehranın növbəti təxribatdır və Azərbaycan tərəfinin haqlı olaraq etirazına səbəb olub.
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O nildirib ki, İranın, Azərbaycana qarşı son vaxtlarda, ard-ardınca həyata keçirdiyi təxribatlar və ölkəmizin hüdudlarında tərəfdarlarının daha fəallaşması, Ermənistan tərəfindən və Qarabağda separatçı rejimin son vaxtlar intensiv şəkildə silah və sursat daşımaları, hərəkətlilik, aktivlik, zamanaşırı yeni müharibə anonslarının verilməsi və bu məsələlərdə Rusiya sülhməramlı qüvvələrinin separatçılara daha çox himayədarlıq göstərməsi və onları bizə qarşı hazırlamalarının arxasında yeni geopolitik maraqlardan irəli gələn, bu üç ölkənin Cənubi Qafqazda qeyri-sabit vəziyyətin yaradılması nəticəsində öz maraqlarına nail olmaq dayanır:
"Bu ortaq təxribatların Azərbaycan üzərindən həyata keçirilməsi bir mənalı olaraq bizə qarşı yönəlməyib. Burda Azərbaycanla yanaşı Türkiyə, Abş və Avropa ölkələrinin maraqları da yer alır. Rusiya Cənubi Qafqazda öz gücünü saxlamaq üçün, erməni separatçılarından istifadə etməyə çalışıb və çalışacaq. İranın mövqeyi hər zaman olduğu kimi, Türkiyə və Azərbaycan münasibətilərində yaxınlaşma və konfederasiya proseslərinə mane olmaq dayanır və bunu işğal altında saxladığı əzəli torpaqlarımızı öz ərazisi kimi saxlamasına və İranda yaşayan soydaşlarımıza qarşı siyasəti davam etdirmək üçün həyata keçirməsi məlumdur. Azərbaycan tərəfi isə, öz hədəflərinə çatmaq üçün yorulmadan beynəlxalq hüquqdan istifadə etməklə, siyasi diplomatik əlaqələri genişləndirir.Sözsüz ki bu əlaqələrin genişləndirilməsi yuxarıda qeyd etdiyim bu üç ölkənin işinə gələ bilməz".
Ekspert deyib ki, Azərbaycanın bir nömrəli müttəfiqi sayılan Türkiyədə, zəlzələnin gətirdiyi fəlakətlərdən dolayı, keçirilməsi öncədən nəzərdə tutulan prezident və parlament seçkiləri səbəbiylə, ölkədə siyasi və iqtisadi baxımdan baş verən gərginliyi fürsət bilənlərin fəallığı da təəccüblü görülməməlidir:
"Amma, onların fürsətdən istifadə edərək Cənubi Qafqaz bölgəsində situasiyanın süni şəkildə gərginləşdirməsi çabaları fayda verə bilməyəcək. Çünki, beynəlxalq platformalarda üstünlük Azərbaycanın tərəfindədir və artıq Azərbaycanın haqq səsini eşidənlər daha çoxdur. Məhz Ermənistanın iki başlı Rusiya və Qərb siyasi dairələri arasında qalması bunu deməyə əsas verir".
Mehman