Dünya tarixində bəzi xalqların bir-birinə tarixi və genetik düşmənçiliyi zaman və dövrdən, dövlətlərin siyasi quruluş formasından asılı olmayaraq özünü hər hansı bir formada göstərməkdə davam edir. Düşmənçilik siyasəti özünü nəinki hərbi, siyasi, diplomatik formada və eləcə də mədəni, psixoloji, hibrid, nə qədər acı olsa da hətta beynəlxalq müharibə cinayətlər və soyqırım əməlinin tərkibini yaradan gizli və aşkar siyasətlə həyata keçirilir. Ümumiyyətlə dünya tarixində bi-birini heç cürə qəbul edə bilməyən xalqlar və dövlətlər var.
Almaniya - Fransa, Yaponya -Çin, Ingiltərə - Almaniya və Fransa, Rusiya - Polşa, İran, farslar - Azərbaycan və türk etnosuna qarşı bu qeyd edilən tarixi, genetik və şüuraltı düşmənçilik tarixi bir siyasi prosesə çevrilib. Baxmayaraq ki, zaman-zaman qarşılıqlı nifrət mehriban düşmənlər formasını alır.
Bu gün Tehran molla-fars rejiminin hərbi təyyarələrinin Azərbaycanla sərhəd boyu uçması ilə güc nümayiş etdirməsi fars dövlətinin Azərbaycan dövlətinə, türk etnosuna qarşı barışmaz tarixi və genetik düşmənçiliyinin təkzib edilməz sübutudur. Bir maraqlı məqam da ondadır ki, müstəqilliyimizin ilk dövründə İran qırıcıları Azərbaycanın dövlət sərhəddini, hava məkanını Cənubdan pozaraq az qala Azərbaycanın Cəlilabad rayona qədər uçmuşdular. Ancaq indi...
Dünyanın 50 ən güclü dövlətinə çevrilmiş Azərbaycan sərhəddini pozmağa cəhd etmədi, çünki, anlayır ki, bu təxribatına İran tutarlı və sarsıdıcı cavabını alacaq. Bu arada bir məsəlimiz yada düşdü: itdən soruşurlar niyə hürürsən? Deyir - qorxuduram. Bəs quyruğun niyə əsir? Çünki özüm yaman qorxuram - deyə it cavab verib.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Xankəndi və ətraf ərazilərində müvəqqəti yerləşdirilmiş rus "sülhməramlıları"nın təşkilatçılığı, müşayiəti ilə Ermənistandan Xankəndinə Xankəndi - Xəlfəli torpaq yolu ilə slah-sursatın bu gün növbəti dəfə həyata keçirilməsi heç də eyni günə təsadüf etməsi mübahisəsiz fars və rus tandeminin koordinasiyalı fəaliyyətidir və rus, fars və ermənilərin Azərbaycana, türk etnosuna qarşı ənənəvi və dəyişməz düşmənçilik mövqeyidir.
Həqiqət və beynəlxal geosiyasi vəziyyət o istiqamətdə inkişaf edir ki, İran və Rusiyanın öz dövlətçiliklərini itirmək mərhələsinə keçib və bu qaçılmaz tarixi prosesin dayandırılması mümkün deyil.
İran və Rusiyadan hər bir növ və ağıla belə gəlməyən təxribatların mümkünlüyü gündüzdən sonra gecənin gələcəyi kimidir. Ən vacibi isə odur ki, Azərbaycan dövləti və onun müttəfiqləri bütün mümkün ssenarilərə hazlrdlr.
Vüqar Dadaşov
Milli Cəbhə Partiyası - MCP SŞ-nın üzvü, hüquqşünas