Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın bütün təhdidlərinə cavab vermək lazımdır -TARİXÇİDƏN ÇAĞIRIŞ

İranın bütün təhdidlərinə cavab vermək lazımdır


"Respublikamızın milli təhlükəsizliyi məsələsində iqtidar-müxalifət, hərbiçi-mülki-polis, hamı birlikdə olacaq və ölkəmizi təhdid edənlər bunu bilməlidir".

Newscenter.az xəbər verir ki, bunu tarixçi Rəfail Eminov səsləndirib. O bildirib ki, sosial şəbəkələrdə İranın bütün təhdidlərinə cavab vermək lazımdır:

"Necə ki, erməni qruplarına və saytlarına girib kometlərlə cavab verirdiksə. Hamı könüllü Virtual Ordumuzun döyüşçüsü kimi sosial şəbəkə meydanlarında mütamadi olaraq gecə-gündüz vuruşsun. Farsdilli seqmenti xüsusən hədəf seçin. Onların 85 mln olmasından narahat olmayın. 10 milyonlar orada sizi müdafiə edəcək".

Mehman
Xəbəri paylaş