Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neftçala rayon sakinlərindən külli miqdarda narkotik götürülüb

Neftçala rayon sakinlərindən külli miqdarda narkotik götürülüb


Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri Ağakişi Süleymanov və Azər Mahmudov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan külli miqdarda narkotik vasitə aşkarlanıb.

Belə ki, baxış zamanı A.Süleymanovdan 2 kiloqram 225 qram, A.Mahmudovdan isə 3 kiloqrama yaxın marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi açılıb, araşdırma davam etdirilir.

Mehman
Xəbəri paylaş