Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 47 975 nəfərə çatıb.
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer deyib.
Onun sözlərinə görə, ölənlərin 6 278-i əcnəbidir: "Son məlumata əsasən 935 722 şəxs isə zəlzələ bölgəsindən təxliyə edilib. Fəlakət bölgələrində 3 000-dən çox xilasedici mütəxəssis qalıb və işlərini davam etdirir. Bölgədə təkrarlanan yeraltı təkanlar hələ də davam edir. Ona görə də xilasetmə qruplarını hazır saxlayırıq. Digər ölkələrdən olan daha 300-ə yaxın xilasedici də orada qalıb".