İran təyyarəsinin sərhədimizə yaxın uçuş həyata keçirməsinin məntiqi budur ki, Tehran Azərbaycanı, Türkiyəni və Azərbaycan-İsrail strateji tərəfdaşlığını test edir.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxn Şahinoğlu səsləndirib. O bildirib ki, Tehran ilk növbədə Azərbaycanın və Türkiyənin təxribata reaksiya gücünü test etmək istəyir:
"Türkiyə dəhşətli zəhlzələnin nəticələrini aradan qaldırmaqla məşğuldur, eyni zamanda prezident və parlament seçkiləri kampaniyasına start verilib. Tehran hesab edir ki, Ankaranın başı qarışıqdır. Bu arada, İsrail-İran gərginliyi artıb. İsrail rəsmiləri İranın nüvə silahı əldə edəcəyinə imkan verməyəcəklərini açıq bildiriblər. İran isə uranı zənginləşdirməkdə davam edir. Toqquşma qaçılmaz ola bilər. Tehran Azərbaycan-İsrail strateji əməkdaşlığından ehtiyatlanır. Rəsmi Bakı dəfələrlə bildirib ki, üçüncü dövlətlərin Azərbaycan ərazisindən İrana həmlələrindən istifadəsinə icazə verməyəcək. Tehran buna inanmır. Tehran Azərbaycana qarşı təxribatların miqyasını o həddə çatdırıb ki, bizi ABŞ və İsrailllə daha sıx hərbi əməkdaşlığa sövq edir".
Mehman