Rusiya-Ukrayna müharibısi Birləşmiş Ştatlardan Rusiyaya mal və məhsul ixracının kəskin şəkildə azalmasına səbəb olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu son 30 ilin ən aşağı göstəricisidir.
Belə ki, ABŞ mallarının Rusiyaya ixracı 2023-cü ilin yanvar ayında cəmi 44,6 milyon dollar təşkil edib. Sonuncu belə ən aşağı səviyyəli göstərici 1992-ci ilin yanvarında qeydə alınıb. O vaxt Amerikadan Rusiyaya cəmi 1,3 milyon dollarlıq ixracat olub.
Hazırda ixracatın azalmasına səbəb olan əsas amil isə Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sanksiyalardır.
Mehman