Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda vətəndaşların bank hesablarından 16 min manatdan çox pul oğurlanıb

Azərbaycanda vətəndaşların bank hesablarından 16 min manatdan çox pul oğurlanıb


Bakıda vətəndaşların bank hesablarından 16 min manatdan çox pul oğurlanıb.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtda ayrı-ayrı vətəndaşlara məxsus bank hesablarından kütləvi talama əməlləri həyata keçirən şübhəli şəxs müəyyən olunub.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 8 nəfərin bank hesablarından ümumilikdə 16 702 manat pul vəsaitlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Rzazadə saxlanılıb.

Araşdırma aparılır.

Mehman
Xəbəri paylaş