Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa beynəlxalq hüquqa və onun prinsiplərinə məhəl qoymur -ÖZƏL

Fransa beynəlxalq hüquqa və onun prinsiplərinə məhəl qoymur


Fransa yenə də beynəlxalq hüquq və prinsipləri tapdalayır, özünü dünyanın əsas idarəçisi kimi aparır. Parisin Korsikaya tətbiq etdiyi ədalətsiz yanaşma prizmasında bunu aydın görürük. Elə hüquqşünas Şahin Camalov da belə deyir. Newscenter.az-ın xəbərinə görə, o bildirib ki, beynəlxalq hüquq hər zaman olduğu ikili standartlarla müşaiyyət olunur. Bu dəfə isə korsikalılar üçün.

Şahin Camalov deyib ki, özünü Avropa dəyərlərinin bir parçası hesab edən Fransa hər zaman olduğu kimi yenə də beynəlxalq hüquqa və onun prinsiplərinə məhəl qoymur:

"BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, BMT-nin rəsmi dillərindən birinin daşıyıcısı olan Fransa yenə beynəlxalq hüquqi dəyərlərə sadəcə başqalarını ittiham aləti kimi baxır. Məncə dünya bu dəfə ikili standartları bir tərəfə atıb korsikalıları, onların dillərini yaşatmaq arzusunu reallaşdırmağa dəstək verməlidilər. Avropanın göbəyində bir dilin daha tarix olmasına imkan verməməlidilər. XXI əsrdə müstəmləkə siyasətinin Avropa dəyərlərinə tüpürməsinə imkan verilməməlidir. BMT, Avropa Şurası, Avropa Birliyi.... bu dünyanın bir parçası olan hər kəs, hər bir təşkilat Fransanı insani dəyərlərə hörmətlə yanaşmağa çağırmalıdır. Avropa Şurasında ikili standartlardan ən çox əziyyət çəkən bizləri təmsil edən deputatlarımız da bu işə öz töhvələrini verməlidirlər. Açıq və net şəkildə Avropa Şurasının Parlament Assambleyasının tribunalarından bu iyrənc müstəmləkə siyasətinə qarşı çıxmalı, digər deputatları da buna səsləməlidirlər".

Mehman
Xəbəri paylaş