Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran mollaları nə qədər gec deyil əmmamələrini qarşılarına qoyub fikirləşməlidirlər -ÖZƏL

İran mollaları nə qədər gec deyil əmmamələrini qarşılarına qoyub fikirləşməlidirlər


“Ermənistanın Rusiya sülhməramlılarının müşayəti ilə Qarabağa silah-sursat, canlı qüvvə toplaması ilə paralel olaraq İranın hərbi təyyarəsinin dövlət sərhədimizi pozmağa cəhd göstərməsi heç də təsadüfi deyil. Çünki bir neçə həftə əvvəl İran və Ermənistanın Laçın və Qubadlı istiqamətindən Azərbaycana qarşı hücuma keçəcəyi barədə xəbərlər yayılmışdı. Hesab edirəm ki, Qarabağa Ermənistanın silah-sursat, canlı qüvvə göndərməsi ilə İranın dövlət sərhədimizi pozmağa cəhd göstərməsi həmin məkirli planın təkib hissəsidir”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri təəssüf hissi ilə deyib ki, həmin planın həyata keçməsində Rusiya da bilavasitə iştirakçıdır:

“Çünki Ermənistan Qarabağa məhz Rusiya sülhməramlılarının müşayəti ilə silah-sursat, canlı qüvvə daşıyır. Bu üç qüvvəni Azərbaycana qarşı birləşdirən əsas məqam isə ölkəmizin güclənməsi, nəinki regionda, eləcə də dünyada lider dövlətə çevrilməsidir. Azərbaycanın güclənməsi, qüdrətli dövlətə çevrilməsi isə nə Rusiya, nə də İranı qane edir. Ona görə də hər iki dövlət Azərbaycana qarşı zaman-zaman təxribatlar həyata keçirirlər”.

Arzuman Muradlı qeyd edib ki, İran son hərəkəti, dövlət sərhədimizi pozmağa yönəlik cəhdi ilə bir daha Azərbaycana düşmən gözü ilə baxdığını təsdiqləmiş oldu:

“Biz İrandan Tehranda səfirliyimizə qarşı həyata keçirdiyi terrorun izahatını gözlədiyimiz halda, molla rejimi bir qədər də irəli gedərək dövlət sərhədimizi pozmağa cəhd göstərdi. Hətta yol verdiyi xətaya görə Azərbaycandan üzr istəməyə də maraqlı olmadı. Bu da onu deməyə əsas verir ki, İran açıq-aşkar Azərbaycana qarşı müharibəyə hazırlaşır: “Ancaq molla rejimi unutmamalıdır ki, Azərbaycanın İran daxilində 40 milyonluq partlamamış hazır bombası var. Tehranın hər hansı cüzi səhvi bu ölkənin yerlə-yeksan olması, molla rejiminin tarixin arxivinə atılması ilə nəticələnə bilər. Ona görə də, İran mollaları nə qədər gec deyil əmmamələrini qarşılarına qoyub fikirləşməlidirlər”

Mehman
Xəbəri paylaş