“İranın sərhəd təxribatları ilk deyil. Bundan əvvəl də cənub qonşumuz ölkəmizlə sərhəddə təxribatlara yol verib”.
Bu fikirləri Newscenter.az-a Global Media və Siyasət Araşdırmaları İB-in eksperti Turan Rzayev səsləndirib. O bildirib ki, İranın keçən il sərhədlərimiz boyunca keçirdiyi hərbi təlimlər və hətta Araz çayını keçmək kimi məşqlər etməsi İranın sərhəd təxribatlarından idi:
“Əslində bütün bunların hamısı Azərbaycanı təxribata çəkmək məqsədi daşıyır. Digər tərəfdən İran düşünür ki, guya bununla Azərbaycana göz dağı verir”.
Ekspert hesab edir ki, İranın ölkəmizə qarşı təxribatlarının artmasının başlıca səbəbi Azərbaycan-İsrail münasibətlərinin daha ya yaxınlaşması və Azərbaycanın ay ərzində İsraildəki səfirliyinin açılacağı xəbəridir:
“Eləcə də iki ölkı arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi, İsrailin Kəşfiyyat Xidmətinin rəhbərinin ölkəmizə səfəri görünür İranı qəzəbləndirib”.
Turan Rzayevin sözlərinə görə, Tehran hələ də özünü regionun güclü, qüdrətli dövləti hesab edir Azərbaycana təsir imkanlarının olduğunu düşünür:
“Lakin bu gün İranın Azərbaycana heç bir təsir imkanı yoxdur. Hətta ölkəmizin şiə məzhəbli inanclı insanları da başa düşürlər ki, İran mahiyyətcə terrorçu bir ölkədir və İslam dinindən öz siyasi məqsədləri üçün istifadə edir”.
Turan Rzayev İranın təxribatlarının Azərbaycana qarşı müharibəyə yol açacağına da inanmır. O, hesab edir ki, Azərbaycan İran üçün Yaxın Şərq ölkəsi deyil ki, bura asanlıqla müdaxilə edə bilsin:
“Azərbaycanın müharibədən qalib çıxmış ordusu var və bu ordu öz üzərində işləyərək daha da güclənir. Ona görə dəİranın Azərbaycana qarşı hər hansı bir addımı onun üçün böyük fəsadlar yarada bilər. Ona görə də İranın Azərbaycana qarşı müharibə etməyə cürəti çatmaz”.
Anar