Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Lassa qızdırmasından ölənlərin sayı artır -ÖZƏL

Lassa qızdırmasından ölənlərin sayı artır


Nigeriyada heyvandan insana keçən və ölümlə nəticələnə bilən Lassa qızdırması epidemiyasında bu il həyatını itirənlərin sayı 102-yə yüksəlib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, ölkənin Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, yanvarın 1-dən etibarən Lassa epidemiyası ölkənin 22 əyalətinin 89 bölgəsində yayılmağa başlayıb.

Bu müddət ərzində 676 yoluxma faktı aşkarlanıb və epidemiya nəticəsində həyatını itirənlərin sayı 102-yə çatıb.

Hökuməti fevralın əvvəlində Lassa qızdırması epidemiyasına görə "fövqəladə vəziyyət" elan edib.

Qeyd edək ki, ilk dəfə Nigeriyada sözügedən virus 1969-cu ildə, Borno əyalətində aşkar edilib.

Mehman
Xəbəri paylaş