Meksikanın Quanaxuato əyalətinin Celaya şəhərindəlki gecə barlarından birinə silahlı hücum olub.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, silahlı hücum nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb.
Belə ki, "El Estadio" adlı bara daxil olan naməlum silahlılar ətrafa atəş açmağa başlayıblar. Daha sonra isə əldəqayırma bombanı məkana ataraq oranı tərk ediblər.
Hadisə şahidləri bildiriblər ki, barda olan bir çox insan yüksək musiqidən atəş səslərini eşitməyib və hücumdan gec məlumatlı olublar.
Hadisədən sonra əyalət polisi və Milli Qvardiya bölgəyə göndərilib.
Mehman