“İranın hərbi təyyarəsinin Azərbaycan sərhədində şou çıxarmasının əslində Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan belə səviyyəsiz hərəkətləri özü üçün təhlükə hesab etmir”.
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, bu, əslində məsuliyyətsiz İran rejiminin təlxəkliyindən başqa bir şey deyil:
“Bu, sadəcə mülki təyyarələrin uçuşuna təhlükə yaradıb. Həmin məqamda ordan uça bilən hər hansı mülki təyyarə təhlükə altında ola bilərdi”.
Azər Qasımov deyib ki, İran bir daha özünü dünya ictimaiyyətinə necə səviyyəsiz və məsuliyyətsiz rejim olduğunu göstərmiş oldu:
“Bunu təbii ki, bütün dünya Ukrayna mülki təyyarəsini Amerika raketi hesab edib, onu vurandan bilirdi. Bunların qabiliyyətinə hamı bələddir”.
Azər Qasımovun sözlərinə görə, Azərbaycan özünü küçə uşağı kimi aparan İrandan fərqli olaraq ciddi və məsuliyyətli dövlətdir:
“İran rejimi nə etdiyini və nə mesaj vermək istədiyini bilmir. İndi guya bu hərəkətlə bu rejim nə demək istəyir ki? Özünü yekə və güclü göstərməkmi istəyir? 70-ci illərdən qalma təyyarə ilə ancaq atraksionda şou göstərmək olar. Azərbaycan HHQ və HHM qüvvələri bu uçan dəmir parçasını saniyələr içərisində yox edə bilər. Bunu onların özləri də yaxşı bilir. Hesab etmək olar ki, İranın gerizəkalı molla rejimini idarə edənlərin əmmaməli başları istidən bişib və beyin əvəzinə onlarda peyin qalıb. Azərbaycan bu peyinli başları sərinlətməsini yaxşı bilir. Molla rejiminə başlarını açıb bir az bişmiş başlarını küləyə verməyi məsləhət görürük ki, sonra gec olmasın”.
Anar