Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millimizin kapitanından daha bir uğur

Millimizin kapitanından daha bir uğur


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan kubokunun qalibi olub.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, blokçumuzun komandası "Vasas" finalda "Bekescsaba" klubu ilə qarşılaşıb. "Vasas" 3:2 (23:25, 25:14, 22:25, 25:19, 17:15) hesablı qələbə qazanmaqla Macarıstan kubokuna sahib çıxıb. Final oyununda millimizin və "Vasas"ın kapitanı 14 xal (hücum-8 xal, 57 %, blok-5 xal, eys-1 xal) qazanıb.

Oruc
Xəbəri paylaş