Türkiyədə orta məktəb şagirdləri arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Hakkarinin Yüksekova rayonunda qeydə alınıb. Belə ki, 55 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Yüksekova rayonundan 20 kilometr aralıda yerləşən Kısıklı kəndindəki Abdulkadir Alkan adına orta məktəbinin şagirdləri nin nahardan sonra özlərini pis hiss etdikləri bildirilir. İlkin tibbi müdaxilənin ardınca şagirdlər dərhal Yüksekova Dövlət Xəstəxanasına aparılıb.
Mehman