Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-Rusiya-Suriya-İran görüşünün vaxtı dəqiqləşdi -ÖZƏL

Türkiyə-Rusiya-Suriya-İran görüşünün vaxtı dəqiqləşdi


Türkiyə-Rusiya-İran-Suriya danışıqlarının vaxtı məlum olub. Newscenter.az trthaber-ə istinadən bildirir ki, sözügedən görüş martın 15-16-da Moskvada baş tutacaq.

Görüşdə Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar rəhbərlik edəcək.

İclasda Rusiya tərəfdən prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov iştirak edəcək. İranı görüşdə xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı və Əsəd rejimini isə xarici işlər nazirinin müavini Eymen Susan təmsil edəcək.

Mehman
Xəbəri paylaş