Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-ın Serbiyaya təzyiqləri artacaq -ÖZƏL

ABŞ-ın Serbiyaya təzyiqləri artacaq


"Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi təqdirdə Belqrad ABŞ-ın təzyiqlərindən qurtula bilməyəcək. Əksinə bundan sonra da Birləşmiş Ştatların Serbiyaya təzyiqləri artacaq".

Newscenter.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova belə bir iddia ilə çıxış edib.

Zaxarova sosial şəbəkədə Serbiyanın iqtisadiyyat naziri Rade Baştanın hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırışına münasibətdə belə deyib. Bu çağırışı “qəribə rəftar” kimi qiymətləndirən Zaharova, “ABŞ Serbiyaya təzyiq edir, serbiyalı naziri ölkəsini Rusiyaya qarşı çıxmağa çağırır. Bəlkə serb nazirin ölkəsinə qarşı təzyiqlərə görə qətiyyətlə danışması daha yaxşıdır?” deyə vurğulayıb.

Mehman
Xəbəri paylaş