Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqının özünün Azərbaycana ehtiyacı var -ÖZƏL

Avropa İttifaqının özünün Azərbaycana ehtiyacı var


"Avropa İttifaqının Ermənistanı dəstəkləyən tərzdə qərar vermək istəyini Azərbaycana qarşı qərar kimi qəbul etmək doğru olmaz. Təbii ki, bu, belə görünsə də, hesab etmək olar ki, bunun səbəbi Aİ-nın Paşinyanın dediyi kimi sülh müqaviləsinin imzalanmasında Ermənistanı kopitulyasiya etmiş tərəf kimi qələmə vermək cəhdinin aradan qaldırılmasına hesablanıb".

Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Aİ Ermənistana dəstək verməklə onun özünü tək hiss etməməsinə və rahat şəkildə sülh müqaviləsi imzalamağa hazırlayır:

"Aİ tutaq ki, Ermənistana birbaşa dəstək verməklə Azərbaycanın mövqeyində hansı dəyişiklik əldə edə bilər ki? Aİ-nın özünün Azərbaycana ehtiyacı var. Sadəcə, hesab edirəm ki, Ermənistanın yanında olmaq görüntüsü verilməsi prosesin tezliklə sülh müqaviləsi ilə nəticələnməsinə hesablanıb. Bu zaman Ermənistan tək olmadığını hiss edərək rahat şəkildə sülh müqaviləsinə imza atar".

Mehman
Xəbəri paylaş