Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə növbəti təyinat göndərib.
Newscenter.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, beynəlxalq dərəcəli referimiz Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində martın 15-də keçiriləcək “Vakifbank”(TUR) və “Vero Volley” (İTA) klublarının matçını idarə edəcək.
Zülfüqarov İstanbulun “Vakifbank Sport Salonu”unda təşkil olunacaq görüşdə ikinci hakim olaraq oyunu idarə edəcək. Qarşılaşmanın birinci hakimi funksiyasını isə serbiyalı Mirko Jankovic yerinə yetirəcək.
Oruc