Mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, iş təcrübəsinin yüksəldilməsi məqsədi ilə Təlim və İnnovasiyalar Mərkəzində “Suölçən cihazların quraşdırılması, təmiri və istismarı” mövzusunda keçirilən təlimlər yekunlaşıb.
Newscenter.az xəbər verir ki, təlimlər su sayğaclarının quraşdırılması və sahəsində nəzəri və praktiki təcrübələri artırmaq məqsədilə təşkil olunub. Təlimlərə “Azərsu” ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin metrologiya üzrə mühəndisləri, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingərləri, ümumilikdə 245 nəfər cəlb olunub.
Təlimlər nəzəri və praktiki olaraq iki istiqamətdə keçirilib. Təlim iştirakçıları sayğacların quraşdırılması, təmiri, istismarı zamanı yaranan qüsurların aradan qaldırılması, vəzifə təlimatı və əməyin təhlükəsizliyi məsələləri ilə bağlı məlumatlandırılıb. Nəzəri biliklərə yiyələnən mühəndis və çilingərlər Təlim və İnnovasiya Mərkəzində yaradılmış təcrübə poliqonunda sayğacların quraşdırılması, təmiri və istismarı ilə bağlı iş prosesləri ilə əyani tanış olublar.
Təlimlərdən öncə və yekunda iştirakçıların bilik və təcrübələrinin qiymətləndirilməsi aparılıb və müsbət nəticələr əldə olunub. Təlimlərdə qazanılan bilik və təcrübə işlərin vaxtında, operativ və yüksək peşəkarlıqla icra etməyə imkan yaradır.
Sevinc