Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Yunanıstanın XİN rəhbəri Nikos Denidas arasında telefon danışığı olub. Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, xarici siyasət idarəsi rəhbərlərinin telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri, qarşılıqlı şəkildə konsulluqların fəaliyyəti və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, Ankara ilə Afina arasında münasibətlərdə istiləşmə Türkiyədə fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra olub. Yunanıstan XİN rəhbəri təbii fəlakət zonasına ilk səfər edən xarici ölkə rəsmilərindən idi.
Mehman